2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasındakı yerini qorumağı bacaran “Sumqayıt” klubunda daha bir ayrılıq qeydə alınıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, uzun müddətdir fizioterapevt vəzifəsində çalışan Rövşən İsmayılovun klubla müqaviləsinin müddəti başa çatıb. “Sumqayıt” 10 il komandada işləmiş mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və ona gələcək iş yerində uğurlar arzulayıb.
Xatırladaq ki, sumqayıtlılar daha əvvəl qapıçılarla iş üzrə məşqçi Emil Babayevlə də yolları ayırmışdılar. Onun da klubla müddəti bitən müqaviləsinin yenilənməsinə ehtiyac duyulmayıb.
