“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə daha bir yeni futbolçu cəlb edib. Arena.az xəbər verir ki, sözügedən klub Portuqaliyadan olan hücumameyilli yarımmüdafiəçi Filipe Çabini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə ilə 2 illik müqavilə imzalanıb.

Portuqaliyanın “Sportinq” (Lissabon) klubunun yetirməsi olan Filipe Çabi, son mövsümü “Nasional”da keçirib. O, karyerası boyunca yetirməsi olduğu “Sportinq”lə yanaşı “Uniao Madeyra”, “Belenenseş”, “Kovilya”, “Koimbra”, “Eştoril”, “Akademika” və “Nasional”ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.

“Sumqayıt” bu yay Vüsal İsgəndərli, Stiven Pereyra, Damyan Daniçiç, Rifat Nurmuqamet və Alya Tureni də heyətinə qatmışdı. Vurğun Hüseynov və Vüqar Mustafayevlə yeni müqavilə bağlayan klub, Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Tərlan Əhmədli, Eltun Turabov, Dmitri Nağıyev, Yusif Nəbiyev və Höccət Haqverdi ilə də yollarını ayırıb.