“Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb. Arena.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri 28-ci turda “Səbail”i 5:0 hesabı ilə məğlub edib.
“Gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə Premyer Liqa oyununda 5 qol vurub. Sumqayıtlılar bununla da ilk dəfə 5 top fərqli qələbəyə imza atıb.
Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada 2021/22 mövsümünü 22 xalla 6-cı pillədə başa vurub.


