“Sumqayıt” – “Qarabağ” 0:6 – VİDEO

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Sumqayıt” – “Qarabağ” matçı meydan sahiblərinin 0:6 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Sumqayıtda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:

Azərbaycan Premyer Liqası
27-ci tur
15 mart

“Sumqayıt” – “Qarabağ” 0:6
Qollar: Leandro Andrade, 7; 49. Musa Qurbanlı, 12; 45+3. Abdullah Zubir, 21. Səbuhi Abdullazadə, 88-öz qapısına.
Sarı vərəqə: Elvin Bədəlov, 78 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 18:00. “Kapital Bank Arena”, 1300 tamaşaçı.

Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Rəhman İmami
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra (10. Vüsal İsgəndərli, 46), 9. Kərim Abubakar, 22. Dieqo Karioka (23. Kamran Əliyev, 59), 7. Terrens Tisdel, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 56. Ayxan Qocayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə.
Baş məşqçi: Samir Abasov.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k) (2. Qara Qarayev, 65), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 65), 9. Musa Qurbanlı (99. Redon Cica, 68), 29. Marko Veşoviç (90. Nəriman Axundzadə, 68), 10. Abdullah Zubir, 81. Kevin Medina (4. Rahil Məmmədov, 46), 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 18. İsmayıl İbrahimli.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: