Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunda 2024/2025-ci illər mövsümünün azarkeş rekordu qeydə alınıb.
Arena.az xəbər verir ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşmasını 7000 tamaşaçı izləyib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının cari mövsümünün bundan əvvəlki azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. 5-ci turun “Turan Tovuz” – “Səbail” oyununu 5500 azarkeş tribunalardan izləyib.