2022/23 mövsümünün ikinci yarısına hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb.
Yerli vaxtla saat 16:00-da “Topkapı” hotelinin stadionunda başlayan oyunda üç qol qeydə alınıb. Matçın yekununda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb. Sumqayıtlıların hər iki qolunun müəllifi Süleyman Əhmədov olub.
Xatırladaq ki, “Sumqayıt” hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Samir Abasovun komandası Rusiya təmsilçisi “Krilya Sovetov” ilə qarşılaşacaq.


