Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Sabah” matçı meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu (ilk oyun 0:0)
27 fevral
“Sumqayıt” – “Sabah” 0:4
Qollar: Anatoli Nuriyev, 54. Xəyal Əliyev, 71. Coy Lens Mikels, 82. Amin Seydiyev, 90+3.
Sarı vərəqələr: Ayxan Süleymanlı, 38 (qeyri-idman hərəkəti). Səbuhi Abdullazadə, 78 (qeyriidman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Aleksey Antonyuk (“Sabah”), 66 (hakimin qərarına etiraz).
Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1500 tamaşaçı.
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Rauf Cabbarov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı (19. Roi Kehat, 56), 95. Miloş Miloviç (21. Nihad Əhmədzadə, 74), 12. Georgi Xaraişvili (77. Casurbek Caloliddinov, 22 / 23. Ronaldo Vaskes, 74), 11. Momo Yansane (30. Kamran Quliyev, 74), 60. Tresor Mossi, 9. Bobir Abduholikov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov.
Baş məşqçi: Vaqif Cavadov.
Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev (9. Anatoli Nuriyev, 51), 88. Xəyal Əliyev (15. Seymur Məmmədov, 86), 4. Sofian Çakla, 18. Pavol Şafranko (20. Coy Lens Mikels, 80), 70. Cesse Sekidika (7. Boyan Letiç, 80), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev (11. Kahim Parris, 86).
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 77. Şakir Seyidov, 32. Elgün Dünyamalıyev, 40. İqor Noqeyra, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski


