Azərbaycan Premyer Liqasının 2-ci turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununun keçirilmə tarixi və başlama vaxtı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 25 oktyabrda baş tutacaq qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Sumqayıtda keçiriləcək oyuna saat 18:30-da start veriləcək.
Azərbaycan Premyer Liqası
2-ci turun oyunu
25 oktyabr
“Sumqayıt” – “Sabah”
“Sumqayıt Arena”, 18:30.


