“Sumqayıt” “Sabah”ı MOİK-lə əvəzlədi

Premyer Liqanın 2-ci turu çərçivəsində keçirilməli olan “Sabah”la matçı təxirə salınan “Sumqayıt” yoxlama oyununda qüvvəsini sınayacaq.

Arena.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Samir Abasovun yetirmələri Birinci Liqa təmsilçisi MOİK-lə üz-üzə gələcək. Avqustun 13-də “Sumqayıt Arena”da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

Xatırladaq ki, sumqayıtlıların “Sabah”la oyunu sabah keçirilməli idi. Lakin “bayquşlar” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə səfər oyunu öncəsi Premyer Liqa matçının təxirə salınmasını xahiş edib. Sumqayıtın eyniadlı təmsilçisinin razılığını əsas tutan Peşəkar Futbol Liqası da bu komandaların oyununu qeyri-müəyyən vaxta təxirə salıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: