“Sumqayıt” üçün evdə 100-cü xalsız oyun

“Sumqayıt” futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünə ev məğlubiyyəti ilə start verib.

Arena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi mövsümün açılış turunda öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub.

Bu, klub tarixinə Premyer Liqada 100-cü ev məğlubiyyəti kimi düşüb. Sözügedən komanda indiyə qədər öz meydanında keçirdiyi 235 matçda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə xalsız qalıb. Ölkə çempionatları tarixində yüksək liqada ən çox ev məğlubiyyəti alan komanda olan “Sumqayıt” bu göstəricidə “100”ə çatan ilk klubdur.

Qeyd edək ki, bu komandanın ilk ev məğlubiyyəti 2011-ci il avqustun 8-də “Qəbələ” ilə matça təsadüf edib – 1:2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: