Super Liqanın qalibi bəlli oldu – 46-cı çempionluq!

Futbol üzrə Yunanıstan Super Liqasının qalibi bəlli olub.

Arena.az xəbər verir ki, “Olimpiakos” mövsümün bitməsinə 7 tur qalmış çempionluğu təmin edib.

Sözügedən komanda çempionatın 29-cu turu çərçivəsində “Panatinaikos”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da xalını 76-ya yüksəldən “Olimpiakos” ən yaxın izləyiciləri üçün əlçatmaza çevrilib. İkinci sıradakı “Aris”in 54 xalı var. İlk üçlüyü 51 xalla PAOK qapayır.

Qeyd edək ki, bu, Yunanıstanın ən titullu klubu olan “Olimpiakos”un 46-cı çempionluğudur. Bu baxımdan sözügedən komandanın ən yaxın izləyicisi “Panatinaikos”dur – 20 çempionluq. AEK 12 dəfə Yunanıstan çempionu olubsa, “Aris” və PAOK hərəyə 3, AEL 1 dəfə hamıdan güclü olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: