Almaniya millisinin sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger yığmanın son illərdəki uğursuz çıxışlarının səbəbləri ilə bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə müsahibəsində maraqlı fikirlər irəli sürüb.
Sabiq futbolçu bildirib ki, Almaniya futboluna Xosep Qvardiolanın 2013–2016-cı illərdə “Bayern”dəkı fəaliyyəti həddindən artıq təsir göstərib:
“Son illərin nəticələrinə baxanda aydın görünür ki, biz Xosep Qvardiolanın 2013–2016-cı illərdə “Bayern”də aşıladığı ideyaların təsiri altında çox qaldıq. Həmin vaxtdan bəri milli komandamız əvvəlki səviyyəsinə qayıda bilməyib. AÇ-2016-ya qədər müntəzəm olaraq yarımfinala yüksəlirdik. Ondan sonra isə ən yaxşı nəticəmiz yalnız 1/4 final oldu. Əvvəllər belə nəticələr bizim üçün təsəvvürəgəlməz idi”, – deyə Şvaynştayger bildirib.


