Təxirə salınmış “Sumqayıt” – “Sabah” matçı Əhmədova tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” matçına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşmanı Rəşad Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Azərbaycan Premyer Liqası
2-ci turun oyunu
25 oktyabr

“Sumqayıt” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”, 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: