Takefusa Kubo La Liqa klubu ilə ilə müqaviləsini yenilədi

İspaniyanın “Real Sosyedad” klubu komandanın yapon sağ vingeri Takefusa Kubo ilə razılığa gələrək, müqaviləsini yeniləyib.

Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytında istinadən məlumat verir.

Yeni müqavilənin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

“Take” “Kavasaki Frontale” klubunun yetirməsidir. Buradan “Barselona”nın gənclər akademiyasına yol tapmış yapon vinger “Tokio”, “Yokohama”, “Real”, “Malyorka”, “Vilyarreal”, “Xetafe” klublarında çıxış edib. Takefusa “Real Sosyedad”a 2022-ci ilin iyulinda “Real”dan 6,50 milyon avro müqabilində “Real”dan keçib.

Cari mövsümdə “Take” “Real Sosyedad”ın heyətində 27 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Takefusanın bask komandasının heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 71 oyun, 15 qol, 13 məhsuldar ötürmə.

Takefusa Kubonun qənimətlər muzeyində “Vilyarreal”la 2020/2021-ci illər mövsümündə qazandığı Avropa Liqası var.

Takefusa Kubo 2019-cu ilin iyununda debüt etdiyi Yaponiya yığmasının heyətində 34 oyuna 4 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yapon futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: