Tarik Muharremoviç “Lids”də – 40 milyon avroluq transfer!

“Sassuolo”da çıxış edən Bosniya və Herseqovina millisinin müdafiəçisi Tarik Muharremoviç bundan sonra “Lids Yunayted”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Transfermarkt” portalının məlumatına görə, keçidin dəyəri 40 milyon avro təşkil edib.

Tarik Muharremoviç 2025-ci ilin iyulundan “Sassuolo”nun formasını geyinirdi. O, ötən mövsüm bütün turnirlərdə 33 oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Tarikin İtaliya klubundakı ümumi göstəriciləri belədir: 63 oyun, 4 qol, 4 məhsuldar ötürmə.

Bosniyalı müdafiəçi daha öncə “Yuventus” və “Volfsberger”də də forma geyinib.

Muharremoviç 2024-cü ildə debüt etdiyi Bosniya və Herseqovina yığmasının heyətində 17 oyuna çıxıb, 1 qol vurub. O, dünya çempionatında (DÇ-2026) da milli komandanın heyətində 3 matçda iştirak edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: