“Çelsi”nin keçmiş müdafiəçisi Con Terri “zadəganalr”ın 18 yaşlı braziliyalı sağ cinah hücumçusu Estevan Villian haqda qənaətini açıqlayıb.
Arena.az ingilis keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:
“Estevan əsl superulduzdur. Onun öz yaşında etdikləri sadəcə inanılmazdır. Məşqçinin onun haqqında qayğılanması xoşuma gəlir”, deyə veteran futbolçu vurğulayıb.
“Çelsi”nin və İngiltərə yığmasının keçmiş müdafiəçisi İngiltərə Premyer Liqası tarixinin ən yaxşı ingilis oyunçusu ilə bağlı qənaətini də açıqlayıb:
“Fikrimcə, Runi – İngiltərə Premyer Liqasında çıxış etmiş ən görkəmli oyunçudur. O, inanılmazdır. Onu kifayət qədər qiymətləndirmirlər. Runi inanılmaz xüsuslara nail olub”, deyə Terri vurğulayıb.
Xatırladaq ki, “Çelsi” Estevanı 2024-cü ilin iyun ayında “Palmeyras”dan 34 milyon avro məbləğ müqabilində transfer edib. Gənc hücumçunun “Çelsi” ilə müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Estevan futbolda ilk addımlarını “Kruzeyro”da atıb, ardınca “Palmeyras”a yol taparaq, böyük futbolda debüt edib.
Estevan “Palmeyras” üçün ümumilikdə 83 oyun keçirib, 27 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib. “Çelsi”də isə 17 oyun keçirmiş futbolçu 5 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
Estevan Villian 2024-cü ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 11 oyuna 5 qol vurub.
Estevanın qənimətlər muzeyində “Palmeyras”la qazandığı Braziliya çempionıuğu (2023) və Paulista çempionluğu (2023/2024).
“Transfermarkt” internet-portalı 18 yaşlı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


