Tim Klayndinst “Borussiya”da

Almaniyanın “Haydenhaym” klubunun hücumçusu Tim Klayndinst bundan sonra Mönhenqladbax “Borussiya”sında forma geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Mönhenqladbax klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Borussiya” bu transfer üçün “Haydenhaym”a 7 milyon avro ödəyib. 28 yaşlı forvardla 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Tim Klayndinst 2016-cı ildən “Haydenhaym”da çıxış edirdi. Almaniyalı hücumçu bu komandanın heyətində bütövlükdə 172 oyuna çıxıb, 83 qol vurub, 23 məhsuldar ötürmə müəllifi olub.

Klayndinstin formasını geyindiyi klublar arasında “Enerji Kottbus”, “Frayburq”, “Gent” də var. O, Almaniyanın U-20 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: