Tobias Ştiler FIFA hakimi kimi fəaliyyətini başa vurur

Almaniyalı futbol hakimi Tobias Ştiler 2026-cı ilin sonunda FIFA hakimləri siyahısından könüllü şəkildə çıxmaq qərarına gəlib.

Arena.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı (DFB) rəsmi məlumat yayıb.

Bununla belə, 45 yaşlı mütəxəssis hakimlik fəaliyyətini tam dayandırmayacaq və Bundesliqa oyunlarını idarə etməyə davam edəcək.

Tobias Ştiler 2014-cü ildə FIFA referisi statusu alıb. Onun Çempionlar Liqasındakı debütü 2017-ci ilin payızında “Yuventus”la “Olimpiakos” arasındakı görüşdə baş tutub.

Hazırda UEFA-nın elit hakimlər qrupunda yer alan Ştiler beynəlxalq karyerası ərzində təsnifat mərhələləri nəzərə alınmadan Çempionlar Liqasında 22, Avropa Liqasında 26 və Konfrans Liqasında 3 oyunda baş hakim kimi çalışıb.

Ştilerlə yanaşı, onun daimi köməkçisi Lasse Kozlovski də ilin sonunda beynəlxalq oyunları idarə etməyi dayandıracaq.

Almaniyalı qadın hakim Karoline Vakkер və yan xətt hakimi Kristian Gittelmann da FIFA səviyyəsində hakimlik karyeralarını başa vurmaq qərarına gəliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: