Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb. Arena.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu gün Meerim Jumanazarova (Qırğızıstan) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Manolova Olimpiadanı medalsız başa vurub. O, ötən gün 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılmışdı. Lakin bu güləşçi finala qədər irəlilədiyi üçün, Azərbaycan təmsilçisi üçün təsəlliverici görüşə çıxmaq və bürünc medal qazanmaq şansı yaranmışdı.
Elis Manolova ilə yanaşı, yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) da medal qazanmaq şansını itirib.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


