Almaniya yığmasının mərkəz yarımmüdafiəçisi Toni Kroos bundestimin Avropa çempionatını (AÇ-2024) tərk etməsindən danışıb:
Arena.az alman futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Hazırda, yalnız yarışı tərk etdiyimiz barədə düşünürəm. İstiqamətində getdiyimiz vacib bir hədəfimiz vardı. Bəslədiyimiz arzu, müəyyən mənada puç oldu. Bir müddət sonra yaxşı yarşı keçirdiyimizi anlayacağıq, amma indi bu fikri qəbul etmək çətindir”, deyə Toni Kroos vurğulayıb.
Almaniya yığmasının yarımmüdafiəçisi İlkay Gündoğan da bundestimin AÇ-2024-dən ayrılmasına münasibətini bildirib. Bundestimin kapitanının bu barədə fikirlərini təqdim edirik:
“Çox kədərlidir. Biz əlimizdən gələni etdik və uğura çox yaxın idik. Siz bizə gözəl dəstək oldunuz. Bugünkü ab-hava milli komandada gördüyüm ən yaxşı ab-hava idi.
Bu komandaya rəhbərlik etmək şərəfdir. Yarışda çox irəli gedəcəyimiz barədə nikbin idim. Erkən getməyimizə rəğmən, bu gün göstərdik ki, istənilən rəqibə tab gətirə bilərik.
Bu yarışı xüsusi edənlərə təşəkkür edirəm, davamlı dəstəyinizə görə təşəkkür edirəm. Çox sağ olun…”, deyə Gündoğan vurğulayıb.
Xatırladaq ki, Almaniya yığması Avropa çempionatının 1/4 finalında İspaniyaya məğlub olaraq mübarizəni dayandırıb.


