Toni Kroos Eden Hazarda söz atdı

“Real”ın yarımmüdafiəçisi Toni Kroos Dortmund “Borussiya”sından 103 milyon avroya alınmış Cud Bellingemin transferini şərh edib.

Arena.az “Einfach mal Luppen”ə istinadən Kroosun fikirlərini diqqətinizə çatdırır:

“Artıq böyük pullar üçün gələn və karyerasını məhv edən bir oyunçumuz olub. Geriyə baxanda düşünürəm ki, bunun çox da yaxşı transfer olmadığı ilə hamı razılaşacaq. Ancaq gəlin nikbin düşünək”.

Kross bu ifadəsi ilə güman ki, belçikalı yarımmüdafiəçi Eden Hazarda eyham vurmaqla onun karyerasında “Real” dönəminin uğursuzluğunu əsas gətirir.

“Real” Hazardı 2019-cu ildə 115 milyon avroya “Çelsi”dən transfer edib. Bu dörd il ərzində Hazard “Real”da 76 oyun keçirib, cəmi 7 qol vurub, 12 məhsuldar ötürmə verib. Bir zamanlar böyük perspektiv vəd edən 32 yaşı futbolçu hazırda karyerasını bitirmək haqda düşünür.

Toni Kroos isə “Real”dakı doqquz ili ərzində 3 La Liqanı, 4 Çempionlar Liqasını qazanıb.

Xatırladaq ki, ingilis yarımmüdafiəçi Cud Bellingemin “Real”da təqdimatı bu günə – iyunun 15-nə təyin edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: