Toni Kroos “Real”ı çempion görür, “Barselona”nı isə…

“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos cari mövsümün sonunda İspaniya La Liqasının çempionu ilə bağlı sualı cavablayıb.

Arena.az AS dərgisinin “Einfach mal Luppen” podkastına istinadı əsasında alman keçmiş futbolçunun bu barədə cavabını təqdim edir:

“Əlbəttə, “Real” çempion olacaq, buna heç bir şübhəm yoxdur. Amma ikinci yer uğrunda yarışda “Atletiko” “Barselona”nı qabaqlayacaq”, deyə Toni Kroos bildirib.

İspaniya La Liqasının 2024/2025-ci illər mövsümünün ilk 3 turundan sonra “Barselona” 9 xalla yarış cədvəlinə başçılıq edir. “Real” və Madrid “Atletiko”su isə 5 xalla müvafq olaraq 4-cü və 5-ci yerlərdə qərarlaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: