“Real”ın alman əfsanəsi, keçmiş yarımmüdafiəçi Toni Kroos futbolda yarımmüdafiəçinin dəyəri haqda söhbət açaraq, misal çəkib.
Arena.az “El Pais” dərgisinə istinadən, Kroosun müvafiq açıqlamasını təqdim edir:
“Yarımmüdafiəçi mövqeyi müasir futbolda özüldür, bu, heç bir şübhə doğurmur. Baxın, görün Rodrinin zədələnməsindən sonra “Mançester Siti”nin başına nə gəldi.
Komandada yaxşı yarımmüdafiəçi əskik olduqda, bu, gözə çarpır. Amma o, var olduqda bu, özlüyündə aydındır ki, sanki hər şey qaydasındadır, onda da hücumçular oyunların nəticəsini rahatca həll edə bilərlər”, deyə Toni Kroos vurğulayıb.
Əlavə edək ki, Kroosun qənaətində müasir futbolun nöqteyi-nəzərindən həqiqət var. Müasir futbol məhz mövqelər üzrə güclü oyunçuların var olması hesabına güclü komandaları şərtləndirir. Ancaq buna rəğmən, müasir futbolda parlaq yaradıcılığa malik əfsanəvi oyunçular tədricən yox olurlar.


