Toral Bayramovun qolu Avroliqanın “10-luğ”unda – Video

“Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramovun vurduğu qol Avropa Liqasının 2024/2025-ci illər mövsümünün ən yaxşılarından biri seçilib.

Arena.az xəbər verir ki, UEFA 2024/2025-ci illər mövsümündə Avropa Liqasında vurulmuş ən yaxşı 10 qolu açıqlayıb.

Toral Bayramovun Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda Norveçin “Bodo Qlimt” komandasına qarşı keçirdikləri oyunda (2:1) vurduğu qol da yer alıb. Toralın vurduğu qol 7-ci yeri tutub.

“Qalatasaray”ın futbolçusu Yunus Akgünün eyni turda İngiltərə “Tottenhem”i ilə qarşılaşmada (3:2) vurduğu qol turnirin ən yaxşı qolu adına layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: