“Torino” 30 yaşlı argentinalı mərkəz hücumçusu Covanni Simeoneni icarə müqaviləsi əsasında “buğalar”ın düşərgəsinə qatıb.
Arena.az bu barədə “Torino”nun mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Keçid Turin klubuna 1 milyon avro məbləğ müqabilində başa gəlib. Müqavilə müəyyən şərtlər müqabilində sonradan mütləq satınalma haqda müvafiq maddəni ehtiva edir.
Covanni Simeone “River Pleyt”in məzunudur. Hücumçu karyerası ərzində həmçinin “Banfild” (icarə), “Cenoa”, “Fiorentina”, “Kalyari”, “Ellas Verona” və “Napoli”də çıxış edib.
Geridə qalmış mövsümdə Covanni Simeone “Napoli” üçün 33 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Covanni Simeone 2018-ci ilin sentyabr ayında debüt etdiyi Argentina yığmasının heyətində 6 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.



