“Torpedo” Premyer Liqadan kənarlaşdırıldı – Səbəb

Moskvanın “Torpedo” klubu danışılmış oyunlar səbəbi ilə futbol üzrə Rusiya Premyer Liqasından kənarlaşdırılıb.

Arena.az xəbər verir ki, Rusiya Futbol Federasiyasının Nəzarət və İntizam Komitəsi bununa bağlı qərar qəbul edib.

2025/2026-cı illər mövsümündə Premyer Liqada iştirak etməyəcək klub həmçinin 5 milyon rubl cərimələnib. Klubun sahibi Leonid Sobolyov 5, klubun baş direktoru Valeri Skorodumov isə 10 il müddətinə futboldan uzaqlaşdırılıblar.

Xatırladaq ki, Rusiya klubunun rəhbərliyi hakimlərə rüşvət verməkdə ittiham olunurdu. Ölkə çempionatının başlamasına 8 gün qalsa da, “Torpedo”nu əvəzləyəcək klub hələlik müəyyənləşməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: