Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə sonuncu matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 30-cu tur çərçivəsində “Sanat Naft”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar – 3:0.
16-cı dəqiqədə hesabı açan Siamak Nemati 51-ci dəqiqədə dublunu rəsmiləşdirib. Oyunda son nöqtəni isə Məhəmməd Naderi (90+3) qoyub.
Bu mövsüm keçirdiyi 30 oyunda 16 qələbə qazanmış “Traktor” 6 heç-heçə edib, 8 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər mövsümü 54 xalla 16 iştirakçı arasında 4-cü pillədə başa vurublar.
Mövsümün qalibi “Persepolis” olub – 68 xal. 67 xala malik “İstiqlal” ikinci, 57 xalı olan “Sepahan” isə üçüncü yeri tutub.