Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 1-ci tur çərçivəsində “Mes Rafsanjan” komandası ilə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” meydandan inamlı qələbə ilə ayrılıblar – 2:0. Təbrizlilərin yeni mövsümdəki ilk qolunu 10-cu dəqiqədə Əmirhüseyn Hüseynzadə vurub. Yekun nəticəni isə 28-ci dəqiqədə fərqlənmiş xorvatiyalı hücumçu Tomislav Ştrkal müəyyənləşdirib.
“Traktor” növbəti matçını avqustun 22-də doğma meydanda “Persepolis”ə qarşı keçirəcək.


