Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 13-cü tur çərçivəsində autsayderlər qrupunda qərarlaşmış “Şəms Azar Qəzvin” komandası ilə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdə gözlənilməz məğlubiyyətə üzülüblər – 0:1.
“Traktor” hazırda 13 oyuna topladığı 28 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Təbriz klubu çempionatdakı növbəti matçını dekabrın 27-də səfərdə “Nassaji Mazandaran” komandasına qarşı keçirəcək.


