“Traktor” səfərdə 1 xalla kifayətləndi

Futbol üzrə İran çempionatında 21-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Şahr-Xodru” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0. Komanda artıq 11 oyundur qələbəyə həsrətdir. Son üç oyun isə heç-heçə ilə bitib.

“Traktor” 21 turdan sonra 17 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: