Tramp dünyadan bixəbər imiş: “Mən bilmirdim ki, Rusiya…”

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Rusiya yığmasının futbol üzrə dünya çempionatında iştirakına qadağadan xəbərsiz imiş.

Arena.az “Daily Star” dərgisinə istinadən, ABŞ prezidentinin müvafiq açıqlamasını təqdim edir:

“Mən bu haqda bilmirdim”, deyə Tramp qısaca vurğulayıb.

Xatırladaq ki, futbol üzrə 2026-cı il dünya çempionatı növbəti ilin yayında Amerikanın üç ölkəsinin – ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə adı çəkilən ölkələrdə keçiriləcək.

Xatırladaq ki, müxtəlif yaş dəstələri üzrə milli yığma komandalar da daxil olmaqla, Rusiyanın bütün klub komandaları FIFA və UEFA-nın müvafiq qərarları ilə beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıblar. Məsələ, 2022-ci ilin fevral ayının sonlarından Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində qaldırılıb və təsdiqlənib. O vaxtdan Rusiya yığması və klub komandaları ancaq yolaşlıq oyunlarında iştirak edə bilirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: