Azərbaycan millisinin və “Xarı Bülbül”ün (Şuşa) əməliyyat olunan voleybolçusu Tural Həsənli xəstəxanadan evə buraxılıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirlir ki, hazırda özünü yaxşı hiss edən 33 yaşlı oyunçu müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.
Xatırladaq ki, dekabrın 1-də səhhətində ciddi problem yaranan Tural Həsənli daxili qanaxma və bağırsaq partlaması diaqnozu ilə əməliyyat olunmuşdu.


