“Kəpəz”in iki futbolçusu – Tural Rzayev ilə Rojerio Santos Premyer Liqanın 4-cü turunun “Səbail”lə səfər oyununu buraxacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, hər iki futbolçu zədəlidir. Rojerio Santos “Qarabağ”la matçda zədələndiyi üçün komandasına kömək edə bilmir. Tural Rzayev isə məşq prosesində zədələnib. Bu futbolçuların müalicəsi davam edir.
Qeyd edək ki, bu gün “Bayıl Arena”da baş tutacaq “Səbail” – “Kəpəz” oyununa saat 19:00-da start veriləcək.


