Premyer Liqa təmsilçisi “Turan Tovuz” bu gün Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə yoxlama oyunu keçirəcək.
Arena.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Matça saat 20:00-da start veriləcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda “Turan” olub. Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə “Fənərbağça” idi. İstanbul komandası hər iki matçda qalib gəlib – 5:0, 2:0.
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə 6 oyuna topladığı 11 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. “Fənərbağça” isə Türkiyə Super Liqasının cari mövsümündə 6 oyuna 10 xal toplayıb və 18 iştirakçı arasında 6-cıdır.


