“Turan Tovuz” Kürdəxanı layihəsindən yeni görüntüləri yaydı – Video

Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubu Bakının Sabunçu rayonunda baza tikir.

Arena.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kürdəxanı layihəsinin inşası sürətlə davam edir.

Məşq bazasının tikintisi ilə yanaşı, meydançaların ot örtüyünün ideal vəziyyətə gətirilməsi üçün son tamamlama işləri aparılır.

Qeyd edək ki, Kürdəxanı layihəsi Tovuz klubunun ciddi maliyyə xərclərindən azad olmaq və bütün yaş qrupları üzrə komandalarının Bakı səfərləri zamanı rahat şəkildə oyunöncəsi məşqlərini təbii örtüklü meydançalarda həyata keçirməsi üçün nəzərdə tutulub.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün qış fasiləsinə 32 xalla 3-cü pillədə yollanıb. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda 18 oyunda 8 qələbə qazanıb, 8 heç-heçə edib və 2 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: