Azərbaycan Premyer Liqasının 28-ci turunun “Turan Tovuz” – “Qarabağ” matçı meydan sahiblərinin 1:4 hesablı məğlubiyyəti ilə bitdi.
Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
28-ci tur
28 mart
“Turan Tovuz” – “Qarabağ” 1:4
Qollar: Aleks Souza, 30 – Kadi Borges, 16-pen; 84. Nəriman Axundzadə, 32. Aleksey Kaşuk, 90+2.
Sarı vərəqələr: Faiq Hacıyev, 32 (qeyri-idman hərəkəti). Emmanuel Hakman, 45+2 (qeyri-idman hərəkəti). Kristian da Silva, 58 (qeyri-idman hərəkəti). Araş Qaderi, 80 (hakimin qərarına etiraz) – Patrik Andrade, 35 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elçin Rəhmanov ( “Qarabağ” ), 77 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 19:30. Tovuz şəhər stadionu, 6500 tamaşaçı.
Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov.
Dördüncü hakim: Əli Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov (10. Xəyal Nəcəfov, 90+2), 88. Faiq Hacıyev (77. Veysəl Rzayev, 76), 11. Ayxan Hüseynov (19. Orxan Əliyev, 76), 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano (29. Anton Kraçkovski, 90+2), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado (6. Araş Qaderi, 70), 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov.
Baş məşqçi: Kurban Berdıyev.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 90+2), 90. Nəriman Axundzadə (22. Musa Qurbanlı, 90), 10. Abdullah Zubir (11. Emmanuel Addai, 90+2), 81. Kevin Medina, 66. Patrik Andrade (7. Yassin Benzya, 90), 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 90).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.


