Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, biletləri bu gündən etibarən oyunun baş tutacağı Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, “Turan Tovuz” – “Qarabağ” oyunu martın 28-də Tovuz şəhər stadionunda baş tutacaq. Qarşılaşmaya saat 19:30-da start veriləcək.


