Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.
2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Martın 4-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Zirə” oyununa saat 17:30-da start veriləcək.


