Türkiyə Futbol Federasiyası (TFF) ölkə futbolunun simasına xələl gətirmiş seks videosu qalmaqalı ilə bağlı intizam tədbiri görüb.
Arena.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, qurum, FIFA-nın yerli Super Liqa oyunlarının təftişçisi Orhan Erdemirin və qadın hakim Elif Karaarslanın lisenziyalarını müvəqqəti olaraq ləğv edib.
Türkiyə Futbol Federasiyasının müvafiq qərarı adı çəkilən şəxslərin iştirakı ilə İnternetdə seks videosunun yayımlanması ilə bağlıdır.
Qalmaqal 24 yaşlı Karaarslanın və 61 yaşlı Erdemirin seks videosu internetdə yayımlandıqdan sonra yaşanıb. Hər iki mütəxəssis fəaliyyətinin dayandırılmasına etiraz etməyə çalışıb, amma federasiyanın arbitraj şurası müvafiq şikayətləri rədd edib. Nəticədə Erdemir 45 gün, Karaarslan isə 90 gün müddətinə lisenziyadan məhrum ediliblər. Yerli qaydalara görə, müvafiq cəza həm də hakimlik lisenziyasından məhrumiyyəti ehtiva edir.
Daha sonra mənbələr bildiriblər ki, Karaarslanın fikrincə, yayımlanan video saxtadır. Xanım referi onun əvvəllər səsləndirdiyi, məzmunu hakimlərin tənqidi ilə bağlı fkirləri müqabilində onu gözdən salmağa çalışırlar.
Erdemir isə cəzasını belə şərh edib: “Mən bildiyimə görə, qaydalarda hakimlərin bir-biri ilə romantik münasibətə girməsini qadağan edən heç bir müddəa yoxdur. Belə bir vəziyyət yarandıqda qaydalarda heç bir cəza da nəzərdə tutulmur. Üstəlik, futbol hakimləri cəmiyyətində bir çox romantik münasibətlərin evliliklə bitdiyi hamıya məlumdur. Mən, futbol hakimləri cəmiyyətindən biri ilə romantik münasibət qurmağın bu cəmiyyət üçün utancverici davranış olduğunu düşünmək və ya buna inanmaq istəmirəm”, – “Haberler” nəşri Erdemirdən sitat gətirir.


