Tyerri Anri: “Liqa 1 çox darıxdırıcı çempionatdır”

Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri Fransa Liqa 1-də futbolun səviyyəsini tənqidlə qiymətləndirib.

Arena.az “Sportskeeda” dərgisinə istinadən Anrinin bu barədə fikirlərini təqdim edir:

“Söhbət, hətta qol çatışmazlığının hazırda Fransa çempionatını darıxdırıcı etməsindən də getmir. Fakt budur ki, burada heç bir maraqlı fəaliyyət, qapıya zərbələr yoxdur”, deyə Tyerri Anri bildirib.

Maraq üçün bildiririk ki, Fransa çempionatının son 17 oyununda cəmi 25 qol vurulub və bu oyunların 9-da komandalar 1-dən çox qol vurmayıblar. Cari Liqa 1 mövsümü başlayandan bəri çempionatda cəmi 2 komanda 17-dən çox qol vura bilib (PSJ – 29 qol, “Monako” – 25 qol).

Hazırda Liqa 1-in 12 turundan sonra turnir cədvəlinə 27 xalla PSJ başçılıq edir. 26 xal toplamış “Nitsa” 2-ci, 24 xala sahib “Monako” isə 3-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: