15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-15) Estoniyanın Tallin şəhərində keçirilən UEFA İnkişaf Turnirində 2-ci matçına çıxıb.
Arena.az xəbər verir ki, komandamız bu dəfə Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Yığmamız ev sahibləri ilə görüşdən məğlubiyyətə ayrılıb – 1:2.
Xatırladaq ki, Azərbaycan millisi beynəlxalq turnirdəki ilk matçını Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirmişdi. Əsas vaxtı qolsuz bitən həmin oyunda millimiz penaltilərlə uduzmuşdu – 2:3.
U-15 millimiz turnirdə növbəti oyununu avqustun 27-də moldovalı yaşıdlarına qarşı keçirəcək.


