15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-15) Estoniyanın Tallin şəhərində keçirilən UEFA İnkişaf Turnirində ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 0:0.
Əsasnaməyə əsasən, qalibi müəyyən etmək üçün penaltilər seriyası təşkil olunub. Penaltiləri daha dəqiq yerinə yetirən rəqib komanda yekunda 3:2 hesablı qələbə qazanıb.
U-15 millimiz turnirdə növbəti oyununu avqustun 24-də estoniyalı yaşıdlarına qarşı keçirəcək.
Azərbaycan millisi beynəlxalq turnirdəki son matçını isə avqustun 27-də Moldova yığmasına qarşı keçirəcək.


