15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-15) UEFA İnkişaf Turnirində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, baş məşqçi İlham Yadullayev Estoniyanın paytaxtı Tallində təşkil olunacaq yarışa 17 oyunçu aparmaq qərarına gəlib.
Heyətdə yer alan futbolçulardan 7-si “Sabah”ın, 5-i isə “Qarabağ”ın formasını geyinir.
Qeyd edək ki, U-15 millimiz UEFA İnkişaf Turnirində avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
1. Rauf Əyyubov – Sabah FK
2. İmran Lətifov – EFA
3. Uğur Qurbanlı – Qarabağ FK
4. Toğrul Mehdizadə – Sabah FK
5. Rəşad Gülüşov – Leon FK
6. Kəmal Mustafazadə – Leon FK
7. Amil Abuşov – Sumqayıt FK
8. Nihad Şirinzadə – Sabah FK
9. Emil Məmmədov – Sabah FK
10. Allahverdi Şirinov – Qəbələ FK
11. Renat Muştakov – Sabah FK
12. Əli Bəşirov – Qarabağ FK
13. Nicat Kərimov – Sabah FK
14. Hüseyn Bayramov – Qarabağ FK
15. Samir Şərifov – Sabah FK
16. Murad İbrahimli – Qarabağ FK
17. Polad Hüseynov – Qarabağ FK


