Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-16) ilk yoxlama görüşünə çıxıb.
Arena.az xəbər verir ki, millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub.


