U-17 millimiz Bolqarıstan yığmasına Bayılda qalib gəldi

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının 2-ci seçmə mərhələsində ikinci oyununu keçirib.

Arena.az xəbər verir ki, Azərbaycanda təşkil olunmuş B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gəlib.

“Bayıl Arena”da baş tutmuş qarşılaşma Nərgiz Qurbanovanın yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) vurublar.

Qrupun digər oyununda Lüksemburq yığması Maltanın U-17 seçməsini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisiz qrupda sonuncu oyununu martın 18-də Malta kollektivinə qarşı keçirəcək. Oyuna saat 13:00-da start veriləcək. U-17 millimiz qrupdakı ilk oyununda Lüksemburqa 0:5 hesabıyla uduzmuşdu.

AÇ-2025-in ikinci seçmə mərhələsi
B Liqası, 2-ci qrup
15 mart

Bolqarıstan – Azərbaycan 2:3
Qollar: Monika Baliova, 45+2. Katerina-Mariya Ravnaçka, 90+1 – Xanım Əsədova, 13; 75. Ayşən Salamzadə, 90+3.
“Bayıl Arena”.

Bolqarıstan: 1. Lora Rusanina, 3. Elisa Desvaud, 4. Vesela Kalinova, 6. Zornitsa Koeva, 7. Monika Baliova, 8. Viktoria Taneva, 16. İvana Çalakova, 19. Raya Filipova, 20. Çvetelina Slavçeva, 22. İvon Apostolova, 13. Julie Yakobs
Ehtiyat oyunçular: 12. Darena Radeva, 2. Qerqana Xalyanova, 9. Tereza Popova, 10. Raya Boneva, 11. Katerina-Mariya Ravnaçka, 14. Zara Georgiyeva, 17. Teodora Somova, 18. Silyana Mixaleva, 21. Yoana Georgiyeva.
Baş məşqçi: Troyan Radulov.

Azərbaycan: 12. Firuzə Bayramova, 3. Aysu Əsədova, 4. Arzu Cəfərova, 7. Aylin Kərimova, 8. Xədicə Rəhimova, 10. Ayşən Salamzadə, 11. Səma Əsədova, 14. Sara Səlimli, 15. Elmira Hüseynova, 16. Xanım Əsədova, 18. Suel Polikarpova.
Ehtiyat oyunçular: 1. Nərgiz Ağaliyeva, 22. Aydan Abdullayeva, 2. Ayan Abdiyeva, 5. Aygün Novruzova, 6. Məhsumə Vahabzadə, 9. Məryəm Səmədli, 13. Naidə Məmmədova, 17. Şəhanə Mirzəliyeva, 19. Bədriyyə Mövludova.
Baş məşqçi: Nərgiz Qurbanova.

Xallar: Lüksemburq – 6. Bolqarıstan – 3. Azərbaycan – 3. Malta – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: