Bu gün – martın 18-də 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) növbəti rəsmi oyununu keçirib.
Arena.az xəbər verir ki, yığmamız Avropa çempionatının (AÇ-2025) ikinci seçmə mərhələsi çərçivəsində son görüşünə çıxıb.
B Liqasının oyunları Bakıda keçirilən 2-ci qrupunda mübarizə aparan millimiz 3-cü turda Malta yığması ilə görüşüb. Nərgiz Qurbanovanın yetirmələri autsayderlə oyunda 0:2 hesabı ilə uduzublar. Bu məğlubiyyətdən sonra U-17 yığmamız qrupda sonuncu yeri tutub.
Turun digər oyununda Bolqarıstan Lüksemburqu 4:0 hesabı ilə məğlub edib və qrup birincisi olub.
Azərbaycanın U-17 millisi daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə uduzmuş, Bolqarıstana isə qalib gəlmişdi – 3:2.
AÇ-2025-in ikinci seçmə mərhələsi
B Liqası, 2-ci qrup
18 mart
Malta – Azərbaycan 2:0
Qollar: Nina-Li Naudi, 50; 53.
Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya).
“Bayıl Arena”.
Malta: 12. Yulia Maria Zarb, 4. Emi Bello Katania, 5. Krista Sakko, 6. Emi Portelli (k), 7. Erika Cini, 8. Alana Gio, 9. Maria Mikallef, 10. Kesia Farrucia, 14. Nina-Li Naudi, 15. Tais Muskat, 21. Lisa Kalyexa.
Ehtiyat oyunçular: 1. Maya Muskat, 2. Danisia Çiantar, 11. Amberli Borq, 13. Şanneil Zammit Farrucia, 16. Jade Qalea, 17. Şayel Falzon, 18. Edeson Qrixti, 20. Şanaya Mifsud, 22. Lara Mikallef.
Baş məşqçi: Klint Tabon.
Azərbaycan: 12. Firuzə Bayramova, 3. Aysu Əsədova, 4. Arzu Cəfərova, 8. Xədicə Rəhimova, 10. Ayşən Salamzadə, 11. Səma Əsədova, 14. Sara Səlimli, 15. Elmira Hüseynova, 16. Xanım Əsədova, 18. Suel Polikarpova, 19. Bədriyyə Mövludova.
Ehtiyat oyunçular: 1. Nərgiz Ağaliyeva, 22. Aydan Abdullayeva, 5. Aygün Novruzova, 6. Məhsumə Vahabzadə, 9. Məryəm Səmədli, 13. Naidə Məmmədova, 17. Şəhanə Mirzəliyeva.
Baş məşqçi: Nərgiz Qurbanova.
Xallar: Bolqarıstan – 6. Lüksemburq – 6. Malta – 3. Azərbaycan – 3.


