U-17 millimiz Monteneqronu “Dalğa Arena”da qəbul edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) dünəndən etibarən Bakıda təlim-məşq toplanışına başlayıb.

Arena.az xəbər verir ki, millimiz bu hazırlıq çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Avqustun 15-də və 18-də təşkil olunacaq bu oyunların məkanı və başlama vaxtı müəyyənləşib. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, hər iki qarşılaşma “Dalğa Arena”da baş tutacaq və saat 18:30-da başlayacaq.

Xatrladaq ki, U-17 yığmamızın baş məşqçisi Füzuli Məmmədov yoldaşlıq oyunları üçün 24 futbolçuya dəvət göndərib.

Millimizin heyətini bir daha diqqətinizə çatdırırıq:

  1. Ayxan Abbaszadə – Turan Tovuz
  2. Həbib Hüşənov – Qəbələ
  3. Ayxan Əlizadə – Sabah
  4. Məsud Əlişanlı – EFA
  5. Əhməd Tarverdiyev – Sabah
  6. Məhəmməd İmamaliyev – Neftçi
  7. Vüsal Paşayev – Sumqayıt
  8. Nadir Orucov – Sumqayıt
  9. Rəşad Alışov – Sabah
  10. Tuncay Əhmədov – Sabah
  11. Əkbər Məhərrəmov – Sabah
  12. Ömər Kərimov – Qəbələ
  13. Əmir Əliyev – Sabah
  14. Babamirzə Mehdiyev – Sabah
  15. Anar Hüseynov – Sabah
  16. Ziya Şəkərxanov – Qəbələ
  17. Emin Feyzullayev – Sabah
  18. Şükür Cəfərli – Sumqayıt
  19. Əli Qurbanov – Sumqayıt
  20. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  21. Hikmət Cəbrayılzadə – Qarabağ
  22. Amid Qasımov – Qarabağ
  23. Həbib Qədimov – Qarabağ
  24. Ümid Səlimov – Sabah
Xəbəri sosial şəbəkələrdə paylaş: