17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) sabahdan etibarən təlim-məşq toplanışına start verəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, yığmamız 23-25 sentyabr aralığında Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. 25 sentyabr-1 oktyabr aralığında isə millimiz Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışında olacaq. U-17 yığmamız burada yoxlama görüşü də keçirəcək.
U-17-yə dəvət olunan futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Firuzə Bayramova – Dinamo Balakən
- Nərgiz Ağalıyeva – Şəfa
- Aygün Novruzova – Sabah
- Arzu Cəfərova – Şəfa
- Xanım Əsədova – Neftçi
- Bədriyyə Mövludova – Şəfa
- Ayşən Salamzadə – Neftçi
- Səma Əsədova – Neftçi
- Aysu Əsədova – Sabah
- Aylin Kərimova – Neftçi
- Elizaveta Vaysman – Şəfa
- Arzu Ağalıyeva – Şəfa
- Ayan Abdiyeva – Şəfa
- Şəhanə Mirzəliyeva – Mingəçevir
- Suel Polikarpova – Ulduz
- Məryəm Səmədli – Səbail
- Sara Səlimova – Gömrükçü
- Elmira Hüseynova – Ulduz
- Könül Hüseynova – Mingəçevir


