U-19 millimiz Moldovaya Bakıda uduzdu

19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi (U-19) Bakıdakı hazırlıq çərçivəsində bu gün yoxlama oyununda qüvəsini sınayıb.

Arena.az xəbər verir ki, millimiz Bakıda toplanış keçən Moldova yığması ilə qarşılaşıb.

“Dalğa Arena”nın ehtiyat meydançasında təşkil edilmiş qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) rəqib komanda qələbə qazanıb.

Azərbaycan milli komandasının qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.

U-19 millimiz Moldova yığması ilə daha bir yoxlama oyunu keçirəcək. Komandalar arasında növbəti görüş də sentyabrın 16-da “Dalğa Arena”nın ehtiyat meydançasında keçiriləcək. Oyuna saat 10:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: