U-20 Avropa çempionatına 26 güləşçi ilə

Sabah Serbiyanın Novi Sad şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 Avropa çempionatına start veriləcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qitə birinciliyinin ilk günlərində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz çıxış edəcək. Heyətdə bu güləşçilər yer alıblar:

Rahim Həsənov (55 kq)
Tural Əhmədov (60 kq)
Məhəmməd Şükürzadə (63 kq)
Fəraim Mustafayev (67 kq)
Ruslan Nurullayev (72 kq)
Davud Məmmədov (77 kq)
İsmayıl Rzayev (82 kq)
Əli Quliyev (87 kq)
Mahir Qurbanlı (97 kq)
Məzaim Mərdanov (130 kq).

Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında bu güləşçilərimiz uğur qazanmağa çalışacaqlar:

Elvina Kərimzadə (50 kq)
Əsmər Cankurtaran (53 kq)
Nərgiz Səmədova (55 kq)
Gülər Həbibova (57 kq)
Ruzanna Məmmədova (59 kq)
Fatimə İsayeva (68 kq).

Yarışın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaqlar. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında bu pəhləvanlarımız güləşəcəklər:

Vasif Bağırov (57 kq)
Camal Abbasov (61 kq)
Musa Verdiyev (65 kq)
Ramik Heybətov (70 kq)
Əhməd Əhmədli (74 kq)
Nurudin Maqomedqadjiyev (79 kq)
Sadiq Mustafazadə (86 kq)
Anar Cəfərli (92 kq)
Xetaq Karsanov (97 kq)
Yusif Dursunov (125 kq).

U-20 Avropa çempionatına 1-ci kateqoriyalı hakimlərimizdən Natiq Hacıyevlə Vüqar Şükürov da qatılacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: